Xəbər lenti

Daşkəsənin İcra başçısı ARB Televiziyasına geniş müsahibə verib Fotolar + Video

Tarix: 14-07-2026 15:17     Baxış: 812

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ARB Televiziyasına geniş müsahibə verərək rayonun sosial-iqtisadi inkişafı, həyata keçirilən layihələr, dağ-mədən sənayesinin perspektivləri, kənd təsərrüfatı, turizm imkanları və qarşıda duran əsas hədəflər barədə məlumatları bölüşüb.

Mubarizciler.az xəbər verir ki, Orxan Abbasov bildirib ki, Daşkəsən ölkəmizin mühüm dağ-mədən sənayesi rayonlarından biridir.

Faydalı qazıntı yataqlarının səmərəli istismarı, yeni investisiyaların cəlb olunması və müasir texnologiyaların tətbiqi həm istehsalın genişlənməsinə, həm də yeni iş yerlərinin yaradılmasına töhfələr verir. Rayon rəhbəri qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində Daşkəsəndə yol, içməli su, elektrik, qaz və rabitə infrastrukturunun yenilənməsi, sosial obyektlərin tikintisi və əsaslı təmiri, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə ardıcıl işlər görülüb. Müsahibədə kənd təsərrüfatının inkişafına da xüsusi diqqət ayrılıb. Bildirilib ki, rayonda heyvandarlıq, arıçılıq, kartofçuluq, taxılçılıq, bağçılıq, balıqçılıq və akvakultura istiqamətləri üzrə mövcud potensialın səmərəli istifadəsi, həmçinin digər aqrar sahələrin inkişafı diqqət mərkəzində saxlanılır. Fermerlərə dövlət dəstəyi göstərilir, müasir aqrotexniki yanaşmaların və innovativ texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasına, kənd yerlərində məşğulluğun genişlənməsinə və aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradır. Orxan Abbasov Daşkəsənin turizm potensialından bəhs edərək rayonun tarixi-mədəni abidələri, füsunkar dağ mənzərələri, zəngin meşələri, mineral su ehtiyatları, yaylaqları və əlverişli iqlim şəraitinin turizm üçün geniş imkanlar yaratdığını vurğulayıb. Hazırda turizm infrastrukturunun inkişaf etdirilməsi, yeni istirahət məkanlarının yaradılması və rayonun turizm imkanlarının daha geniş tanıdılması yönündə müvafiq tədbirlər davam etdirilir. Rayon rəhbəri sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və özəl sektorun təşviqinin əsas prioritetlərdən olduğunu qeyd edib. Müsahibə zamanı vətəndaş müraciətlərinə operativ baxılması, şəffaf idarəetmə prinsiplərinin qorunması və sakinlərlə müntəzəm görüşlərin keçirilməsinin rayon rəhbərliyinin fəaliyyətində mühüm yer tutduğu diqqətə çatdırılıb. Orxan Abbasov ARB Televiziyasına verdiyi geniş müsahibəsində deyib ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq Daşkəsənin sənaye, kənd təsərrüfatı və turizm potensialının daha da gücləndirilməsi, dayanıqlı inkişafının təmin olunmasına dair tədbirlər bundan sonra da ardıcıl şəkildə yüksək səviyyədə davam etdiriləcəkdir.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov ARB Televiziyasına geniş müsahibə verib

Xəbəri paylaş

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar