Xəbər lenti

Anar Məmmədovun təşəbbüsü ilə 250-yə yaxın sakinin su təminatını yaxşılaşdıran su çənləri istifadəyə verilib Fotolar

Tarix: 14-07-2026 14:52     Baxış: 553

Ümummilli Lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Tərtər rayonunun Yuxarı Qapanlı kəndində Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə 250-yə yaxın sakinin su təminatını yaxşılaşdıran su çənləri (su kompleksi) əsaslı təmir-bərpa edilərək yenidən əhalinin istifadəsinə verilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər rayon şöbəsinin müdiri və kollektivi, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak ediblər.

Sözügedən infrastruktur layihəsi şəhid ailələri və qazilərin millət vəkilinə müraciəti əsasında həyata keçirilib. Sakinlərin müraciətinə operativ reaksiya verən millət vəkili, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tərtər rayon şöbəsinin rəhbərliyi ilə görüşərək məsələni müzakirə edib. Birgə dəstək və sıx əməkdaşlıq çərçivəsində su çənləri yerinə quraşdırılıb və bərpa işləri uğurla tamamlanıb. Millət vəkili Anar Məmmədov kənd sakinlərinin uzunillik su probleminin qısa zamanda həllində göstərdikləri operativliyə və səmərəli əməkdaşlığa görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə və Tərtər rayon şöbəsinin bütün kollektivinə öz dərin təşəkkürünü bildirib.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnnətdarlıqlarını bildiriblər.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar