Xəbər lenti

Xocavəndin İcra başçısı İmişlidə qəbul keçirdib Fotolar

Tarix: 13-07-2026 19:03     Baxış: 462

13 iyul 2026-cı il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun İmişli rayonunda məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, Qəbulda rayon sakinləri, İcra Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son günlərdə rəsmi fəaliyyəti ölkəmizin daxili inkişafı, xarici siyasət kursu və azad edilmiş ərazilərin dirçəlişi istiqamətində mühüm tarixi hadisələrlə yaddan qalmışdır. Dövlət başçısının sıx iş qrafiki çərçivəsində Qarabağ bölgəsinə, xüsusilə Xocavənd rayonuna, Şuşa və Xankəndi şəhərlərinə reallaşan səfərləri regionda aparılan nəhəng bərpa-quruculuq işlərinin növbəti mərhələsini nümayiş etdirir.

Xocavənd rayonuna səfər zamanı Böyük Qayıdış proqramına uyğun olaraq Quzeyxırman və Güneyxırman kəndlərinə köçürülən ilk sakinlərin doğma yurdlarında məskunlaşması prosesi diqqət mərkəzində saxlanılmışdır. Bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə isə 18 ailə (72 nəfər) olmaqla, ümumilikdə 39 ailənin (159 sakin) doğma ocaqlarına qayıdışı baş tutmuşdur. Cənab Prezident hər iki kənddə yeni inşa edilən müasir fərdi evlər, sosial infrastruktur obyektləri və yaradılan məşğulluq imkanları ilə tanış olmuş, buraya yenicə köçən sakinlərlə görüşərək səmimi söhbət etmişdir.

Mədəniyyət paytaxtımız Şuşa şəhərinə və Xankəndiyə edilən səfərlər çərçivəsində isə şəhərlərin tarixi simasının qorunması, turizm potensialının artırılması və həyata keçirilən irimiqyaslı bərpa işlərinin gedişatı ilə yaxından tanışlıq baş tutmuş, aidiyyəti qurumlara strateji tapşırıqlar verilmişdir. Paralel olaraq, xarici rəsmi şəxslərin, beynəlxalq nümayəndə heyətlərinin qəbulu və yeni təyin olunmuş səfirlərin etimadnamələrinin qəbul edilməsi Azərbaycanın qlobal arenadakı diplomatik mövqeyini daha da gücləndirmişdir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu məqsədyönlü siyasət həm azad olunmuş ərazilərimizin sürətli reabilitasiyasını və əhalinin doğma ocaqlarına qayıdışını, həm də dövlətimizin hərtərəfli tərəqqisini təmin edən ən mühüm amildir.

Qeyd edilmişdir ki, Qarabağda həyata keçirilən "Böyük Qayıdış" proqramı uğurla icra olunur. 2026-cı il ərzində cənab Prezident Xocavənd rayonuna artıq üçüncü dəfə səfər etmiş, vətəndaşların problemləri ilə maraqlanmış, onlara yeni evlərin açarlarını təqdim etmişdir. Ümumilikdə ötən ilin oktyabrından bu günədək Xocavənd rayonunun 8 yaşayış məntəqəsinə 3763 nəfər - 918 ailə qayıdıb.

Sonda qəbulda iştirak edən sakinlərin hər biri ayrılıqda dinlənilərək qaldırılan bütün məsələlər nəzarətə götürülmüş və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar