Xəbər lenti

Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu Fotolar

Tarix: 11-07-2026 10:56     Baxış: 791

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.


Bildirildi ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.

“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.

Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar