Şəmkir RİH-də Müşavirə keçirilib Fotolar

Şəmkir Rayon İcra Hakimiyyətində “2026–2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair İş Planı”nın hazırlanmasına həsr olunmuş müşavirə keçirilib.
Mubarizciler.az xəbər verir ki, Müşavirədə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 25 may tarixində aqrar sahənin inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrası, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında qeyd edib ki, ölkə başçısının rəhbərliyi ilə aqrar sahənin davamlı inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasəti kənd təsərrüfatının müasir tələblər əsasında inkişafına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, istehsalın və emal sənayesinin genişləndirilməsinə mühüm töhfə verir. Bildirilib ki, qəbul olunmuş Dövlət Proqramı kənd təsərrüfatının bütün istiqamətləri üzrə yeni inkişaf mərhələsinin formalaşdırılmasına xidmət edən mühüm strateji sənəddir.
Rəşad Tağıyev vurğulayıb ki, Şəmkir rayonunda hazırlanacaq 2026–2030-cu illəri əhatə edən İş Planı Dövlət Proqramında müəyyən edilmiş prioritetlərə uyğun şəkildə formalaşdırılmalı, rayonun mövcud iqtisadi potensialı, təbii-iqlim şəraiti, istehsal imkanları və statistik göstəricilər əsasında konkret hədəfləri özündə əks etdirməlidir. İcra başçısı qeyd edib ki, hər bir istiqamət üzrə görüləcək tədbirlər təsərrüfat subyektlərinin real imkanları nəzərə alınmaqla planlaşdırılmalı, istehsalın səmərəliliyinin yüksəldilməsi, emal müəssisələrinin inkişafı, innovativ texnologiyaların tətbiqi, ixrac potensialının artırılması və məşğulluğun genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilməlidir. Müşavirədə Dövlət Proqramından irəli gələn tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, yerli icra strukturlarının məsuliyyətinin artırılması, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi və sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, rayon üzrə hazırlanacaq İş Planında kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməsi, suvarma infrastrukturunun təkmilləşdirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə, məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafına dair konkret tədbirlərin öz əksini tapmasının vacibliyi qeyd olunub. Sonda müzakirəyə çıxarılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, İş Planının hazırlanması və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Xəbəri paylaş







































0772703001 