Xəbər lenti

Baş Prokurorluqda Avropa Şurasının nümayəndə heyəti ilə görüş keçirilib Fotolar

Tarix: 08-07-2026 18:32     Baxış: 553

İyulun 7-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir. Həmçinin vurğulanıb ki, COP29 çərçivəsində Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda yüksəksəviyyəli tədbirdə Canluka Espozitonun iştirakı və çıxışı iki qurum arasında əməkdaşlığın inkişafına töhfə verib. Canluka Espozito səmimi qəbula görə təşəkkürünü bildirərək, Avropa Şurası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, Baş Prokurorluğun “Ekstradisiya haqqında” Avropa Konvensiyası çərçivəsində mərkəzi orqan kimi fəaliyyətinin beynəlxalq hüquqi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Konvensiyanın transmilli cinayətkarlıqla mübarizədə əsas beynəlxalq hüquqi alətlərdən biri olaraq aktuallığını qoruduğunu bildirib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar