Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Yevlaxda növbəti genişmiqyaslı iməclik keçirilib Fotolar

Tarix: 07-07-2026 16:41     Baxış: 1 064

Yevlax Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) tərəfindən şəhərin estetik görünüşünün qorunması, ekoloji mühitin sağlamlaşdırılması və sakinlərin rahatlığının təmin edilməsi məqsədilə növbəti genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb.

Mubarizciler.az xəbər verir ki, 06 iyul 2026-cı il tarixində icra olunan tədbirlər çərçivəsində, şəhərin Dədə Qorqud parkında, uşaq əyləncə mərkəzlərində əsaslı təmizlik işləri aparılmışdır. Parkdakı oturacaqlar, işıq dirəkləri və digər infrastruktur elementləri təmizlənərək qaydaya salınmışdır. Eyni zamanda, şəhər daxilindəki yaşıllıq zonalarının  və güllərin intensiv şəkildə sulanması, həmçinin xüsusi aqrotexniki qulluq göstərilməklə zərərvericilərə qarşı dərmanlanması təmin edilmişdir. İməclik zamanı toplanmış tullantılar və bitki qalıqları xüsusi texnikalar vasitəsilə dərhal ərazidən kənarlaşdırılmışdır.

Sakinlərin sağlamlığının qorunması və sanitariya-gigiyena normalarının təmin olunması MKTB-nin fəaliyyətində xüsusi yer tutur. Bu məqsədlə, yaşayış binalarının girişlərində  müxtəlif növ həşəratlara, gəmiricilərə və infeksiya mənbələrinə qarşı xüsusi qoruyucu geyimli işçilər tərəfindən genişmiqyaslı dezinfeksiya və dərmanlama işləri həyata keçirilmişdir. Şəhərimizin gözəlləşməsi, təmizliyi və sakinlərə nümunəvi xidmət göstərilməsi naminə yay fəslinin isti günlərində belə fədakarlıqla çalışan, əməyi keçən hər bir MKTB əməkdaşına sonsuz təşəkkürümüzü bildiririk!




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar