Xəbər lenti

Vilayət Eyvazov Lerikdə vətəndaşları qəbul edib Fotolar + Video

Tarix: 07-07-2026 16:29     Baxış: 490

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 6-da və 7-də Lerik rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, nazir əvvəlcə Lerik rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 348 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov Lənkəran rayonunda polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 227 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.











Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar