Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Zamir Güvəndiyev bu vəzifəyə təyin edilib Foto

Tarix: 07-07-2026 13:07     Baxış: 1 379

 YAP Şəmkir Rayon Təşkilatına yeni sədr təyin edilib

İyulun 6-da Yeni Azərbaycan Partiyası/ New Azerbaijan Party (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda təqaüd yaşına çatmış bir sıra rayon təşkilat sədrlərinin vəzifədən azad olunması məsələsinə baxılıb və Şəmkir rayon təşkilatında da kadr dəyişikliyi baş tutub. Uzun illər YAP Şəmkir rayon təşkilatının sədri vəzifəsini icra edən Fəxrəddin Vəliyev təqaüd yaşı ilə əlaqədar  vəzifəsindən azad edilib. Partiyanın İdarə Heyətinin qərarına əsasən, rayon təşkilatının yeni sədri vəzifəsinə Zamir Sadəddin oğlu Güvəndiyev təyin olunub.

Mubarizciler.az xəbər portalının kollektivi olaraq, uzunillik səmərəli fəaliyyətinə və Şəmkirin ictimai-siyasi həyatındakı xidmətlərinə görə Fəxrəddin Vəliyevə təşəkkürümüzü bildirir, ona cansağlığı və gələcək həyatında uğurlar arzulayırıq. YAP Şəmkir rayon təşkilatının yeni sədri Zamir Güvəndiyevi isə bu məsuliyyətli təyinat münasibətilə təbrik edir, gələcək fəaliyyətində və dövlətçilik xidmətində böyük müvəffəqiyyətlər diləyirik.


Bəxtiyar Hüseynov

"Tarixin Səhifələri" qəzetinin bölgə müxbiri.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar