Xəbər lenti

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib Fotolar

Tarix: 06-07-2026 21:14     Baxış: 497

06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən Şuranın növbəti iclasında gündəliyə uyğun olaraq rayon ərazisindəki dövlət əhəmiyyətli və yerli yolların saxlanılması və təmiri sahəsində “31 nömrəli Yol İstismarı” MMC-nin gördüyü işlər təhlili olunub. İclasda Şura üzvləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də aidiyyəti şəxslər iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqində bildirib ki, yol infrastrukturunun vəziyyəti rayonun sosial-iqtisadi inkişafının mühüm göstəricilərindən biridir. Avtomobil yollarının saz vəziyyətdə saxlanılması əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi, yük və sərnişin daşımalarının fasiləsiz həyata keçirilməsi yaşayış məntəqələrinin əlçatanlığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Rayon rəhbəri aidiyyəti qurumlar tərəfindən yol təsərrüfatının istismarı, cari təmir və mövsümi baxım işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb. “Daşkəsən rayonu ərazisindəki dövlət əhəmiyyətli və yerli yolların saxlanması və təmiri sahəsində “31 nömrəli Yol İstismarı” MMC-nin gördüyü işlər barədə” RİHBA-nın  Memarlıq-tikinti məsələləri sektorunun aparıcı məsləhətçisi Mehman Mehdiyevin hazırladığı məruzə təqdim edilib. Qeyd olunub ki, hesabat dövrü ərzində rayon ərazisində avtomobil yollarının istismar vəziyyətinin qənaətbəxş səviyyədə saxlanılması, cari təmir işlərinin həyata keçirilməsi, yol örtüyündə yaranmış qüsurların aradan qaldırılması, yol çiyinlərinin hamarlanması, suötürücü qurğuların və yol kənarı arxların təmizlənməsi istiqamətində “31 nömrəli Yol İstismarı” MMC tərəfindən müvafiq tədbirlər davam etdirilib. Bununla yanaşı, bəzi yol sahələrində əlavə cari təmir və abadlıq işlərinin aparılmasına ehtiyac olduğu diqqətə çatdırılıb. Məruzədə mövcud vəziyyət təhlil edilərək yol təsərrüfatının daha da yaxşılaşdırılması məqsədilə aidiyyəti qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların operativ qaydada aradan qaldırılması və görülən işlərə nəzarətə dair müvafiq təkliflər irəli sürülüb. Məruzə ətrafında çıxış və müzakirələrin yekununda Şura iclasının qərarı qəbul olunub. Sonda icra başçısı Orxan Abbasov nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək keyfiyyətlə icrası, vətəndaş məmnunluğunun artırılması, operativliyin təmin edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib
06.07.2026-cı il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar