Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Müstəqim Məmmədov şəhid ailələri ilə görüşüb Fotolar

Tarix: 06-07-2026 13:05     Baxış: 1 106

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid ailələri ilə görüşüb


Mubarizciler.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovla birlikdə Tərtər şəhərində Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Mehdiyev Yasən Alim oğlunun ailəsini ziyarət edib və burada bir qrup şəhid ailəsi ilə görüş keçirib.

Ziyarət zamanı əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Daha sonra şəhid Yasən Mehdiyevin ailəsi və görüşdə iştirak edən digər şəhid yaxınları ilə səmimi söhbət aparılıb, onların müraciətləri, təklifləri və qayğıları dinlənilib. Görüşdə çıxış edən rayon rəhbəri Müstəqim Məmmədov bildirib ki, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Rayon rəhbəri vurğulayıb ki, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın xatirəsi hər zaman uca tutulur, onların ailələrinin sosial rifahının yaxşılaşdırılması və qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində ardıcıl tədbirlər görülür. Rayon icra hakimiyyətinin də şəhid ailələrinin hər bir müraciətinə xüsusi həssaslıqla yanaşdığı və bu məsələlərin daimi nəzarətdə saxlanıldığı diqqətə çatdırılıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov isə öz növbəsində şəhidlik məqamının İslam dinində ən uca mərtəbələrdən biri olduğunu qeyd edib. O, torpaqlarımızın azadlığı naminə canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyib. Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar