Xəbər lenti
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Ağstafanın İcra başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirdib Fotolar

Tarix: 03-07-2026 19:18     Baxış: 833

Ağstafa RİH başçısı Saloğlu qəsəbəsi və Qarahəsənli kəndində vətəndaşların növbəti səyyar qəbullarını keçirib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Saloğlu qəsəbə və Qarahəsənli kənd yaşayış məntəqələrində vətəndaşların növbəti səyyar qəbullarını keçirib. Səyyar qəbullarda rayonun rəhbər vəzifəli şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, eyni zamanda, yerli sakinlər iştirak ediblər.

Səyyar qəbullarda giriş nitqləri söyləyən RİH başçısı bildirib ki, bu gün ölkəmizdə höküm sürən ictimai-siyasi sabitlik, vətəndaşlarımızın təhlükəsiz və əmin-əmanlıq mühitində yaşaması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü uğurlu  daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi dövlətimizin iqtisadi siyasətinin mərkəzində dayanır və bu istiqamətdə ardıcıl tədbirlər uğurla icra olunur.

Səyyar qəbullarda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciət və təklifləri qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli tədbirləri müəyyən olunub. Aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar