Şəhid Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları doğma kəndində böyük ehtiramla torpağa tapşırıldı Fotolar + Yenilənib

Goranboy rayonunda Birinci Qarabağ müharibəsinin itkin şəhidinin dəfn mərasimi keçirildi.
Mubarizciler.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab edilən, aparılan eyniləşdirmə tədbirləri nəticəsində şəxsiyyəti müəyyən edilmiş Goranboy rayonunun Sarov kənd sakini, şəhid Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları doğma kəndində böyük ehtiramla torpağa tapşırıldı.
Sarov kənd qəbiristanlığında keçirilən dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbərlər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Dəfn mərasimində çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması və Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsinin əbədiləşdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirərək, xalqımızın azadlığı və dövlət müstəqilliyi naminə ən ali zirvə olan şəhidlik məqamına yüksəlmiş Vətən övladlarının əziz xatirəsi hər zaman dərin ehtiramla yad ediləcəyini, onların göstərdikləri şücaət gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq yaşayacağını qeyd etdi. Mərasimdə çıxış edən digər natiqlər də şəhid Əhmədov Rauf Əjdər oğlunun Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirərək, onun əziz xatirəsinin hər zaman hörmət və ehtiramla anılacağını bildirdilər.
Daha sonra şəhid Əhmədov Rauf Əjdər oğlunun nəşinin qalıqları hərbi orkestrin müşayiəti və yaylım atəşi altında torpağa tapşırıldı.
Qeyd edək ki, Rauf Əhmədov 1969-cu ildə doğulub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. O, Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. Sonuncu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub və orada itkin düşüb. Həmin zaman şəhidimizin 24 yaşı olub.

Xəbəri paylaş







































0772703001 