Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyda “2 İyul - Azərbaycan Polisi Günü” qeyd edilib Fotolar

Tarix: 02-07-2026 20:04     Baxış: 1 890

Goranboyda  “2 İyul - Azərbaycan Polisi Günü” münasibəti ilə tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri və bir qrup polis əməkdaşları “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.

Rayon Polis şöbəsində davam etdirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanladığı təbrik məktub oxundu.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışaraq rayon Polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyyətini peşə bayramları günü münasibətilə təbrik etdi 

Çıxış edən digər natiqlər Azərbaycan polisinin ictimai asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsində mühüm xidmətlərindən bəhs edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdilər .

Xidmətdə fərqlənən bir qrup polis əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.

Sonda xatirə şəkli çəkdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar