Xəbər lenti

Şəmkirdə Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib Fotolar

Tarix: 02-07-2026 19:27     Baxış: 469

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və polis veteranları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Mubarizciler.az xəbər verir ki, Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Daxili İşlər Nazirliyinin rəhbərliyini və bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

Dövlətçiliyin əsas sütunlarından olan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı qeyd edib ki, Azərbaycan Polisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasətinin icrasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin olunmasında, qanunun aliliyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri daim yüksək peşəkarlıq və fədakarlıqla yerinə yetirib.

Tədbirdə çıxış edən Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov göstərilən yüksək diqqətə və təbriklərə görə minnətdarlığını bildirib. O qeyd edib ki, polis əməkdaşları bundan sonra da dövlətə və xalqa sədaqətlə xidmət edəcək, asayişin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklər. Şəmkir rayon prokuroru Azər Hətəmov, Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər natiqlər çıxışlarında Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edərək, daxili işlər orqanlarının ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynadığını bildiriblər. Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub, polis veteranlarına hədiyyələr təqdim edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar