Xəbər lenti

Baş prokuror Kamran Əliyev Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb Fotolar

Tarix: 01-07-2026 17:21     Baxış: 497

Azərbaycan və Türkiyə arasında hüquqi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mubarizciler.az xəbər verir ki, İyulun 1-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleklə görüşüb.

Görüş zamanı qeyd edilib ki, ölkələrimiz arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “bir millət, iki dövlət” ideyasına əsaslanaraq, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətləri, qarşılıqlı etimad və qəti siyasi iradə sayəsində bütün sahələr üzrə uğurla inkişaf edir. Bildirilib ki, dövlətlərimiz arasında formalaşmış yüksək səviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir. Baş prokuror, həmçinin, nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbul şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.  Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib. Görüşdə hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətlərinin bundan sonra da qarşılıqlı etimad və dəstək əsasında uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Görüşdə Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar