Goranboyun İcra başçısı “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq kompleksində oldu Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların gücləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Goranboyun Muzdurlar kəndində yerləşən “Türk Qida Sənaye” MMC-yə məxsus heyvandarlıq kompleksində oldu.
Mubarizciler.az xəbər verir ki, Təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, heyvandarlıq sahəsində əldə olunan nəticələr, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, eləcə də təsərrüfatın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilərək bildirildi ki, təsərrüfatda heyvanların sağlam saxlanılması, yem təminatının gücləndirilməsi, süd istehsalının və məhsuldarlığın artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir, müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir.
Məhərrəm Quliyev kompleksdə yaradılmış şəraitlə tanış olaraq heyvandarlıq sahəsinin rayonun aqrar potensialının inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun inkişafına göstərilən xüsusi diqqət və qayğı, dövlət tərəfindən tətbiq olunan subsidiya, güzəşt və digər təşviq mexanizmləri heyvandarlığın daha da inkişaf etməsinə əlverişli şərait yaratdığını bildirdi. Görüş zamanı sahibkarın təklif və müraciətləri dinlənilərək mövcud imkanlardan daha səmərəli istifadə olunması, həmçinin kompleksin gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonda kompleksin rəhbəri Əkbərzadə Fərid Vilayət oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.



Xəbəri paylaş







































0772703001 