Ağstafada “Milli memarlıq irsimiz” mövzusunda maarifləndirici tədbir keçirilib Fotolar

Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Milli memarlıq irsimiz” mövzusunda maarifləndirici tədbir keçirilib. Mubarizciler.az xəbər verir ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Zəlimxan kənd tam orta məktəbinin binasında “Milli memarlıq irsimiz” adlı maarifləndirici tədbir keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və ölkəmiz uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunduqdan sonra, mövzuya dair sənədli filmin nümayişi olub. Ağstafa RİH başçısı Seymur Orucov çıxış edərək qeyd edib ki, Xalqımızın tarixinin, ruhunun və kimliyinin təcəssümü olan milli memarlıq irsimizin qorunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev onu məhv olmaqdan xilas etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli irsimizin ən böyük zəfəri işğaldan azad edilmiş torpaqlarımızda ucalır. İllərlə düşmən tərəfindən dağıdılan, məscidləri, karvansaraları, Qarabağ və Şərqi Zəngəzurun memarlıq siması yenidən doğulur. Şuşada ucalan Vaqifin məqbərəsinin yenidən bərpası, qədim məscidlərimizin və tarixi mülklərimizin dirçəldilməsi milli memarlıq irsimizə olan ən böyük ehtiramdır. Bizə əmanət qalan bu zəngin irsi qorumaq, öyrənmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndərin bizə miras qoyduğu milli dövlətçilik və mədəniyyət rəmzləri Azərbaycan yaşadıqca əbədi ucalacaqdır!
Tədbirdə rayonun məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin uşaqlarının milli dəyərlər, tarixi-mədəni irsimizə məhəbbət, vətənpərvərlik ruhunda təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, eyni zamanda, istedadlı uşaq və yeniyetmələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.





Xəbəri paylaş







































0772703001 