Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı pambıq sahəsində olub Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, aqrar sahədə görülən işlərin yerində öyrənilməsi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Duzdağ qəsəbəsində fermer Məmmədov Vüqar Hüseyn oğluna məxsus təsərrüfatda pambıq tarlasına baxış keçirərək sahədə aparılan becərmə işlərinin gedişi ilə yerində tanış olub.
Mubarizciler.az xəbər verir ki, görüş zamanı İcra Hakimiyyətinin Başçısına texnika təminat və görülən aqrotexniki tədbirlər barədə məlumat verilib.
Şəhər İcra Hakimiyyətinin Başçısı pambıqçılığın inkişafı ilə bağlı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrin rayonda da uğurla icra ounduğunu, əkin sahələrinin genişləndirilməsi, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi daim diqqət mərkəzində saxlanıldığını bildirib. Fermer Vüqar Məmmədov kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinin təsərrüfat fəaliyyətinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verdiyini vurğulayaraq, aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.


Xəbəri paylaş







































0772703001 