Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyun İca başçısı İnteqrasiya təlimli internat tipli gimnaziyada tikinti işlərinin gedişi ilə yerində tanış oldu Fotolar

Tarix: 30-06-2026 13:05     Baxış: 1 876

Goranboy şəhərində yeni tikilən İnteqrasiya təlimli internat tipli gimnaziyada tikinti işləri davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə yeni tikilən Goranboy şəhər Rəsul Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziyada tikinti işlərinin gedişi ilə yerində tanış oldu.

Baxış zamanı məsul şəxslər tərəfindən görülən işlər, layihənin icra vəziyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilərək bildirildi ki, internat tipli gimnaziya müasir təhsil standartlarına uyğun şəkildə inşa olunaraq şagirdlərin keyfiyyətli təhsil alması, onların hərtərəfli inkişafı üçün bütün zəruri şərait yaradılacaq.

Rayon İcra Hakimiyyətinin başçısı tikintinin gedişi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verərək işlərin keyfiyyətlə, layihə-smeta sənədlərinə uyğun aparılmasının vacibliyini və təhsil müəssisəsinin tikintisində yüksək keyfiyyət standartlarına əməl edilməli, təhlükəsizlik tələbləri daim diqqətdə saxlanılmalı olduğunu bildirdi.

Məlumat üçün qeyd edək ki, 2024-cü ildə tikintisinə başlanılan 320 şagird yerlik müasir təhsil müəssisəsi 7 korpus, 17 sinif otağı, 48 yerlik yataqxana, inzibati və yardımçı otaqlar, həmçinin tədris prosesinin səmərəli təşkili üçün nəzərdə tutulmuş digər infrastruktur bölmələrdən ibarət olacaq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar