Kamran Əliyev ICMP-nin baş direktoru ilə görüşdü Fotolar

Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Mubarizciler.az xəbər verir ki, Kamran Əliyev Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirib.
Qeyd olunub ki, Komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə bağlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.
Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar edilmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.
Qəbula görə minnətdarlıq ifadə edən xanım Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.
Qonaq tərəf həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.



Xəbəri paylaş







































0772703001 