Goranboyda növbəti heyvandarlıq təsərrüfatına baxış keçirildi Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa əlaqələrin gücləndirilməsi davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Tap Qaraqoyunlu kəndində fermer Mustafayev Elmir Xanlar oğluna məxsus heyvandarlıq təsərrüfatında oldu.
Mubarizciler.az xəbər verir ki, təsərrüfatla tanışlıq zamanı rayon rəhbərinə müəssisənin fəaliyyəti, heyvandarlıq sahəsində əldə olunan nəticələr, mal-qaranın saxlanılması üçün yaradılmış şərait, eləcə də təsərrüfatın gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilərək bildirildi ki, təsərrüfatda heyvanların sağlam saxlanılması, yem təminatının gücləndirilməsi, süd istehsalının və məhsuldarlığın artırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir, müasir yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir.
Məhərrəm Quliyev təsərrüfat ərazisində yaradılmış şəraitə baxış keçirərək heyvandarlıq sahəsinin inkişaf etdirilməsinin kənd təsərrüfatının əsas istiqamətlərindən biri olduğunu qeyd edərək dövlət tərəfindən aqrar sahəyə göstərilən hərtərəfli dəstəyin, tətbiq olunan güzəştlərin və müxtəlif təşviq mexanizmlərinin kənd təsərrüfatının bütün sahələri kimi heyvandarlığın da inkişafına mühüm töhfə verdiyini vurğuladı.Görüş zamanı fermerin təklif və müraciətləri dinlənilərək mövcud imkanlardan daha səmərəli istifadə olunması, həmçinin təsərrüfatın gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Sonda fermer Mustafayev Elmir Xanlar oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.



Xəbəri paylaş







































0772703001 