Xəbər lenti

Yevlaxda 26 İyun–Silahlı Qüvvələr Günü qeyd olunub Fotolar

Tarix: 26-06-2026 23:12     Baxış: 959

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun–Silahlı Qüvvələr Günü münasibətilə Yevlax Şəhər Şəhidlər Xiyabanı ziyarət edilib. Ziyarət zamanı vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş Şəhidlərimizin xatirəsinə inşa edilmiş abidənin və Şəhid məzarlarının önünə gül dəstələri düzlülüb, onların müqəddəs ruhlarına dərin ehtiram ifadə edilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Şəhər İcra Hakimiyyətinin Başçısı ziyarət zamanı şəhid ailələri, müharibə əlilləri və veteranlarla görüşüb, onlarla söhbət edib, Silahlı Qüvvələr Günü münasibətilə onları təbrik edib, ən xoş arzularını bildirib. Vurğulayıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, sağlamlıqlarını itirmiş əlillərə və müharibə veteranlarına göstərilən hərtərəfli diqqət və qayğı Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. İcra Hakimiyyətinin Başçısı eyni zamanda qeyd edib ki, Möhtərəm Prezidentimizin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncamı şəhidlərimizin əziz xatirəsinə göstərilən ehtiramın növbəti bariz təzahürüdür. Şəhidlərin Vətən qarşısında xidmətlərinə göstərilən bu cür yüksək diqqət cəmiyyətdə vətənpərvərlik ruhunun daha da güclənməsinə, gənc nəslin Vətənə sədaqət hissi ilə böyüməsinə mühüm töhfə verir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar