Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Həftəsonu hava dəyişəcək

Tarix: 25-06-2026 22:54     Baxış: 595

Həftəsonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.

“Azərbaycanın rayonlarında  fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur”, - rəis müavini qeyd edib.

G.Abbasovanın sözlərinə görə, ölkə ərazisində gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə bağlı yenilənmiş məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim ediləcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar