Goranboy Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində növbəti təsərrüfata baxış keçirdi Fotolar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurla icrasının təmin edilməsi, aqrar sahədə fəaliyyət göstərən təsərrüfatların mövcud vəziyyətinin yerində öyrənilməsi, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə görülən işlərin qiymətləndirilməsi və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birbaşa təmasların davam etdirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Baxçakürd kəndində Əliyev Xanlar İbrahim oğlunun təsərrüfatında oldu.
Mubarizciler.az xəbər verir ki, görüş zamanı rayon rəhbərinə xüsusi süni su hövzəsində yaradılmış müasir balıqçılıq təsərrüfatına baxış keçirdi. Sahibkar Xanlar Əliyev təsərrüfat barədə ətraflı məlumat verərək bildirdi ki, dövlətin sahibkarlara yaratdığı əlverişli şərait sayəsində təsərrüfatda ekoloji cəhətdən təmiz, rəqabət qabiliyyətli məhsul istehsalı təşkil olunur. Hövzədə yerli bazarın tələbatına uyğun müxtəlif növ balıqların bəslənilməsi və artırılması prosesi müasir aqrotexniki qaydalara uyğun idarə edilir. Bildirildi ki, təsərrüfatda balıqçılıqla yanaşı, taxılçılıq, heyvandarlıq və quşçuluq sahələri də inkişaf etdirilir.
Məhərrəm Quliyev respublikamızda, eləcə də Goranboy rayonunda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının və daxili istehsalın stimullaşdırılmasının prioritet istiqamət olduğunu vurğulayaraq bu cür təsərrüfatların genişləndirilməsi həm rayonun iqtisadi potensialının artırılmasına, həm də yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğunun təmin edilməsinə birbaşa töhfə verdiyini bildirdi.
Sonda fermer Əliyev Xanlar İbrahim oğlu aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.




Xəbəri paylaş







































0772703001 