Xəbər lenti
15-09-2026, 17:52
 

“Dostluq” atasına verilmişdi - “Mərd” isə oğlunun oldu - Fotolar

Tarix: 23-06-2026 18:28     Baxış: 1 484

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cıdır düzündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə edib. 

Mubarizciler.az ın məlumatına görə, bu, Türkmənistan rəhbərliyinə təqdim olunan ilk Qarabağ atı deyil.

Belə ki, ötən ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun atası Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri zamanı oxşar hadisə yaşanmışdı.

Q.Berdiməhəmmədov İ.Əliyev ilə birlikdə Cıdır düzündə Qarabağ atlarının təqdimatında iştirak etmişdi. Həmin vaxt Türkmənistan Xalq Məsləhətinin sədrinə “Dostluq” adlı Qarabağ atı hədiyyə olunmuşdu.

Qısa müddət ərzində həm ata, həm də oğula hədiyyə edilən atların adları da diqqət çəkir. Azərbaycanın milli sərvətlərindən hesab olunan bu atlar iki ölkə arasında dostluq münasibətlərinin növbəti ifadəsi kimi dəyərləndirilir.










Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar