Xəbər lenti
15-09-2026, 17:52
 

“23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” Goranboyda qeyd edilib Fotolar

Tarix: 23-06-2026 17:28     Baxış: 1 897

Goranboyda “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. 

Daha sonra Heydər Əliyev mərkəzində Ulu Öndərin dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini və mənalı ömür yolunu əks etdirən fotostendlərə baxış keçirildi.

Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ölkəmizdə dövlət qulluğu sahəsinin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dövlət idarəetmə sistemi daha da təkmilləşdirilmiş, dövlət orqanlarının fəaliyyətində operativlik, şəffaflıq və səmərəlilik təmin olunmuş, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir

Tədbirdə çıxış edən digər natiqlər dövlət qulluğunun cəmiyyətin inkişafında və dövlət siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynadığını vurğulayaraq, ölkəmizdə bu sahənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaş məmnunluğunun təmin olunmasına və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfələr verdiyini qeyd etdilər.

Dövlət qulluğunda fərqlənən bir neçə dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

Sonda xatirə şəkili çəkdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar