Xəbər lenti

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sədrliyi ilə müşavirə keçirildi Fotolar

Tarix: 22-06-2026 17:54     Baxış: 672

Goranboyda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının təmin edilməsi, Goranboy rayonunda kənd təsərrüfatı sahəsində görülən işlərin mövcud vəziyyətinin qiymətləndirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və mövsümi aqrotexniki tədbirlərin gedişatının müzakirəsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sədrliyi ilə müşavirə keçirildi.

Mubarizciler.az xəbər verir ki, aidiyyəti xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirak etdiyi müşavirədə Dövlət Proqramında nəzərdə tutulan hədəflərin icrası, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, müasir aqrotexnologiyaların tətbiqi, fermerlərin dövlət dəstəyi mexanizmlərindən istifadəsinin genişləndirilməsi, eləcə də mövsümi kənd təsərrüfatı işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aqrar sahənin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının bu sahədə əldə olunan uğurların əsasını təşkil etdiyini vurğuluyaraq Dövlət Proqramından irəli gələn vəzifələrin icrasının təmin edilməsinin, kənd təsərrüfatında məhsuldarlığın artırılmasının və fermerlərin fəaliyyətinə hərtərəfli dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. 

Sonda aidiyyəti qurumların rəhbərlərinə mövcud problemlərin operativ həlli, mövsümi işlərin gedişinə nəzarətin gücləndirilməsi, fermerlərlə əlaqələrin daha səmərəli təşkili və Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının daim diqqətdə saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar