Xəbər lenti
15-09-2026, 17:52
 

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu Fotolar

Tarix: 21-06-2026 19:13     Baxış: 1 911

Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Oğuz rayonunun Xaçmaz kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin ailəsinin qonağı olub.

Mubarizciler.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.

“Səmimi qarşılanma və qonaqpərvərliyə görə təşəkkür edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə paylaşımda qeyd edib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli İkinci Qarabağ müharibəsinə pulemyotçu kimi qatılaraq Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda döyüşüb. Xudafərin körpüsü istiqamətində və digər əməliyyatlarda tətbiq etdiyi uğurlu taktikalarla qələbənin tezləşməsində mühüm rol oynayıb. N.İbrahimli 2020-ci il noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub və noyabrın 12-də Oğuz rayonunun Xaçmaz kəndindəki Şəhidlər Xiyabanında dəfn edilib.

O, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın”, “Xocavəndin” və “Füzulinin” azad olunmasına görə medalları ilə təltif olunub.

Fotoda: Şəhid Nail İbrahimli























Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar