17 iyun - tibb işçilərinin peşə bayramı qeyd olunub - Fotolar

Şəmkir rayon Zəyəm qəsəbə Ailə Sağlamlıq Mərkəzində 17 iyun - Tibb işçilərinin peşə bayramı münasibətilə dıyirmi masa keçirilib.
Mubarizciler.az xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin, Akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açaraq qonaqları salamlayan Zəyəm qəsəbə Ailə Sağlamlıq Mərkəzinin müdiri Cavid Ələsov onların tədbirdə iştirakını öz peşəsinə qəlbən bağlı olan həkimlərin əməyinə göstərilən yüksək ehtiram kimi qiymətləndirib və tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, çıxışında ölkə səhiyyəsində mütəmadi qazanılan uğurlardan bəhs edərək, bu nailiyyətlərə və göstərilən böyük diqqətə görə tibb kollektivinin adından ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını çatdırıb. Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla yürüdülən səhiyyə strategiyası sayəsində respublikamızda tam müasir və qabaqcıl tibb şəbəkəsinin yaradıldığını qeyd edib. Şəmkir rayonunda da səhiyyə müəssisələrinin maddi-texniki imkanlarının genişləndirilməsinin, sakinlərin daha keyfiyyətli müalicə və müayinə ilə təmin olunmasının daimi nəzarətdə saxlanıldığını vurğulayıb. Bəşəriyyətin böyük sınaqla üz-üzə qaldığı koronavirus pandemiyası dövrünü xüsusi xatırladan icra başçısı, həmin çətin günlərdə görünməz düşmənə qarşı ön cəbhədə vuruşan həkimlərin və bütün tibb heyətinin misilsiz bir fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdiyini bildirib. Vətən müharibəsi günlərində və postmüharibə dövründə istər ön cəbhədə, istərsə də arxada böyük əzmkarlıqla çalışan, yaralı əsgərlərimizin sağalması üçün gecəni gündüzünə qatan fədakar tibb heyətinə minnətdarlığını bildirərək xəstəxana kollektivində yer alan şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqətlə yanaşmağın hamının mənəvi vəzifəsi olduğunu xatırladıb. İnsanların sağlamlığının qorunması üçün yorulmadan çalışan bütün həkim və tibb işçilərini bayram günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, O, səhiyyə işçilərinin bundan sonra da öz müqəddəs və humanist vəzifələrini layiqincə yerinə yetirərək rayon əhalisinə yüksək vicdanla xidmət göstərəcəklərinə tam əmin olduğunu ifadə edib.
Natiqlər cəmiyyətdə ağxalatlı həkimlərin böyük nüfuz daşıdığını vurğulamaqla yanaşı, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını çatdırıblar. Bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edən çıxışçılar onlara işlərində müvəffəqiyyətlər diləyərək səhiyyə sisteminin müasirləşdirilməsinə verilən böyük dəstəyə görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.
Bəxtiyar Hüseynov
Tarixin səhifələri qəzetinin bölgə müxbiri.

Xəbəri paylaş







































0772703001 