Xəbər lenti
25-07-2026, 19:27
 

Goranboyda səhiyyə işçilərinin peşə bayramı günü qeyd olundu - Fotolar

Tarix: 18-06-2026 13:52     Baxış: 1 820

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edildi. Daha sonra Heydər Əliyev mərkəzində Ulu Öndərin dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini və mənalı ömür yolunu əks etdirən fotostendlərə baxış keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi, Goranboy rayon Mərkəzi Xəstəxana Publik Hüquqi şəxsin təşkilatçılığı ilə rəsmi hissənin ardınca, rayonun səhiyyə işçilərinin şərəfinə bayram ziyafəti təşkil olundu. 

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu Öndərin mənalı həyatına həsr olunmuş videoçarx izlənildi. Çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tibb işçilərini peşə bayramları münasibətilə təbrik edərək onlara insan sağlamlığının qorunması kimi çətin və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. Tibb sahəsində fərqlənən səhiyyə işçilərinə icra başçısının fəxri fərmanları təqdim edildi. Çıxış edən digər natiqlər dövlətin bütün sahələrə olduğu kimi tibb sahəsinə də olan davamlı dəstəyindən və bu istiqamətdə həyata keçirilən layihələrdən danışaraq ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Tədbir musiqili proqram və xoş ünsiyyət şəraitində davam etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar