Daşkəsəndə Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib Fotolar
İyunun 17-də Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti hesabat-seçki konfransında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat xidmətinin katibi Rafiq Rzayev, Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Şuranın üzvləri, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri, ziyalılar, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsini yad etməklə başlayıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov konfrans iştirakçılarını və qonaqları salamlayıb, başda Respublika Ağsaqqallar Şurasının sədri hörmətli Eldar Quliyev olmaqla Şura üzvlərinə xoş arzularını çatdırıb. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev həmişə ağsaqqallara böyük ehtiram göstərmiş, onların cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirmişdir. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına, ağsaqqalların ictimai fəaliyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilir. Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev hesabat məruzəsi ilə çıxış edib, ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verib. Daha sonra hesabat məruzəsi ətrafında YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Qərbi Azərbaycan İcmasının Daşkəsən rayon nümayəndəsi Malik Ələsgərov, şəhid anası Qızbəs Abbasova, Əməkdar müəllim Duman Mahmudova və Vətən müharibəsi qazisi Orxan Babayev çıxış edərək hesabat dövründə Daşkəsən Rayon Ağsaqqallar Şurası tərəfindən çoxsaylı tədbirlərin keçirildiyini, dəyərli təşəbbüslərin irəli sürüldüyünü, verilən təkliflərin rayon ictimaiyyəti tərəfindən müsbət qarşılandığını və bir çox məsələlərin həllinə yüksək səviyyədə nail olunduğunu vurğulayıblar. Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov isə Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr barədə geniş söz açıb. Müzakirələrdən sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair illik hesabatı səsə qoyularaq yekdilliklə məqbul hesab edilib. Konfransın gündəliyində duran təşkilati məsələlərə də baxılıb. Açıq səsvermə nəticəsində Cavanşir Qocayev yenidən Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin Şuranın İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibi səsə qoyularaq təsdiqənib və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Xəbəri paylaş







































0772703001 