Xəbər lenti

Alman memarlıq irsi Göygöldə Fotolar

Tarix: 16-06-2026 15:39     Baxış: 574

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” mövzusunda fotosərgi təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, tədbirdə RİH başçısı Vüqar Novruzov, Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, Cəmiyyətin üzvləri, İsveçdə yaşayan rejissor Rəhim Sadıqbəyli və koordinator Zaur Musayev, Türkiyə Respublikası Çanakkale Onsekiz Mart Üniversitesi professoru Vedat Çalışkan və Özyegin Universitetinin tədqiqatçı alimi professor Ayşegül Özer, Almaniyadan olan tədqiqatçı alim İnge Şturm, Gürcüstan-Almaniya Assosasiyasının sədri Aleksandr Feldmayer və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Musiqi məktəbi şagirdlərinin çıxışları dinlənilib.

Fotosərgidə Göygöldə yerləşən alman memarlıq abidələrinin və evlərinin fotoları nümayiş etdirilib. İştirakçılara bu irsin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti barədə məlumat verilib, həmçinin ölkəmizdə multikultural dəyərlərə xüsusi önəm verildiyi diqqətə çatdırılıb.

Həmçinin iki əsrə yaxın müddətdə bölgədə yaşamış alman icmasının həyat tərzini və mədəni irsini əks etdirən, hazırda muzey kimi fəaliyyət göstərən sonuncu alman Viktor Klaynın ev-muzeyinə ekskursiya edilib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar