Xəbər lenti

Şəmkirdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub Fotolar + Yenilənib

Tarix: 15-06-2026 13:26     Baxış: 630

15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbirindən öncə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mubarizciler.az xəbər verir ki, Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən RİH başçısı Rəşad Tağıyev Milli Qurtuluş Gününün tariximizdəki yerindən danışaraq bildirib ki, Azərbaycan bugünkü uğurlarına məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.İcra başçısı qeyd edib ki, 1991–1993-cü illərdə dövlətin müstəqilliyinə və suverenliyinə təhdid yaradan bütün amillər ölkəmizdə mövcud idi. Həmin dövrdə Azərbaycanda həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət idarəçiliyi sisteminin iflic vəziyyətə düşməsi, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-cü ilin əvvəllərindən etibarən törətdikləri qanunsuz əməllər, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların ölkə daxilində qardaş qırğınına və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Rəşad Tağıyev vurğulayıb ki, taleyimizin həll olunduğu ağır bir dövrdə xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəlik və anarxiyadan xilas etmiş, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyənləşdirmişdir. 1991–1993-cü illərdə xalqımızın keçdiyi çətin dövrdən danışan icra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrilib: “1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu”. Ulu Öndər Heydər Əliyevin adının tariximizə Vətənin və xalqın xilaskarı kimi yazıldığını vurğulayan Rəşad Tağıyev qeyd edib ki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən və beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib: “Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, ölkəmizin suverenliyinin tam bərpası, eləcə də bu gün tarixi torpaqlarımızda həyata keçirilən abadlıq-quruculuq işləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir”. YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev də çıxışında 1990-cı illərin əvvəllərində xalqımızın üzləşdiyi çətin tarixi sınaqlardan danışıb. O bildirib ki, 15 iyun 1993-cü il tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması və beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov da çıxışında bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi böyük bir fəlakətdən xilas edib, vətəndaş müharibəsi astanasında olan xalqın inkişafı üçün əlverişli siyasi, iqtisadi və mənəvi mühit formalaşdırıb. O, həmçinin Ümummilli Liderin Azərbaycan təhsilinin inkişafına verdiyi mühüm dəstəkdən bəhs edib. Çıxış edən digər natiqlər və tarixçilər də Heydər Əliyev tərəfindən həyata keçirilən mühüm işlərdən, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən ətraflı danışıblar. Tədbirin bədii hissəsində yerli mədəniyyət işçiləri tərəfindən Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilər səsləndirilib, məktəblilərin ifasında kompozisiyalar təqdim olunub. Tədbir çərçivəsində Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib, Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən sərgiyə baxış keçirilib. Eyni zamanda Şəmkir rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol turnirinin və intellektual yarışın qalibləri mükafatlandırılıblar.

Sonda xatirə şəkli çəkdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar