Xəbər lenti
25-07-2026, 19:27
 

DİN “Son zəng” tədbirləri ilə bağlı məlumat yaydı

Tarix: 14-06-2026 00:53     Baxış: 805

Respublikanın bütün ümumtəhsil müəssisələrində keçirilən “Son zəng” tədbirləri ictimai asayişin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması şəraitində başa çatıb.

Mubarizciler.az xəbər verir ki,  bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirlərlə əlaqədar Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən əvvəlcədən hazırlanmış təhlükəsizlik planına uyğun olaraq paytaxt və bölgələrdə polis naryadlarının sayı artırılıb, məktəblərin ətrafında və məzunların kütləvi toplandığı ərazilərdə xidmət gücləndirilmiş rejimdə təşkil olunub.

Polis əməkdaşları tərəfindən yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, dayanma-durma qaydalarına nəzarət, məzunların və digər vətəndaşların rahat hərəkətinin təşkili istiqamətində zəruri tədbirlər görülüb.

Eyni zamanda, sürücülük hüququ olmayan şəxslərin nəqliyyat vasitələrini idarə etməsinə qarşı profilaktik nəzarət tədbirləri həyata keçirilib.

Görülən kompleks tədbirlər nəticəsində “Son zəng” günü ilə bağlı keçirilən tədbirlər zamanı ictimai asayiş pozuntularının və ciddi hüquqazidd halların qarşısı alınıb, məzunlar bu əlamətdar günü təhlükəsiz şəraitdə qeyd ediblər.

Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin olunmasına göstərdikləri dəstəyə, qanunvericiliyin tələblərinə əməl etdiklərinə və polis əməkdaşları ilə əməkdaşlıq etdiklərinə görə valideynlərə, təhsil ictimaiyyətinə, məktəb kollektivlərinə və vətəndaşlara təşəkkür edib.

Nazirlik, eyni zamanda, məzunları həyatlarının bu əlamətdar mərhələsi münasibətilə təbrik edib, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar