Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Milli Qurtuluş Gününə həsr olunmuş “Cəsur kadet” sınaq günləri iyunun 15-dən 17-dək “Gənclər Paytaxtı” Goranboyda keçiriləcək

Tarix: 12-06-2026 14:12     Baxış: 840

Gənclər və İdman Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

Mubarizciler.az xəbər verir ki, tədbirin məqsədi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və Zəfər tariximizin gənc nəslə daha yaxından tanıdılmasıdır.

Üç gün davam edəcək sınaq günlərində iştirakçılar "Maneələr zolağının dəf olunması", "Avtomatın sökülüb-yığılması", "Darağa patronların doldurulub-boşaldılması", "Pnevmatik silahla hədəfə atəş açılması", "Airsoft silahla praktiki atışlar", "Qumbara qaçışı", "Elektron tirdən atışlar", "Qum kisəsi ilə qaçış", "Yük maşını təkərinin çevrilməsi", “Şuşa əməliyyatı” qum sandığında, “Zəfər” çadırı kimi fəaliyyətlərdə iştirak edəcəklər. Bütün tapşırıqları uğurla yerinə yetirən iştirakçılar sertifikatla təltif olunacaqlar. Əgər sən də özünü sınamaq, gücünü və bacarıqlarını nümayiş etdirmək istəyirsənsə, “Cəsur kadet” sınaq günlərini qaçırma! Tədbirdə iştirak ödənişsizdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar