Xəbər lenti
15-09-2026, 17:52
 

Naftalanda “Müasir Azərbaycanın memarlıq salnaməsində qurtuluşun rolu” mövzusunda tədbir keçirilib Fotolar

Tarix: 11-06-2026 21:56     Baxış: 1 204

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun- Milli Qurtuluş Gününə həsr edilmiş “Müasir Azərbaycanın memarlıq salnaməsində qurtuluşun rolu” mövzusunda tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən  Arzu Məmmədov, Yeni Azərbaycan Partiyası Naftalan şəhər  təşkilatının sədri Rövlan Heydərov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərləri və məsul şəxslər iştirak edib.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu böyük ehtiramla yad ediblər. Ümummilli Liderin həyat və fəaliyyyətini əsk etdirən foto stendlərə baxış keçirdikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla  yad ediblər. Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən  Arzu Məmmədov çıxış edərək bildirib ki, dövlətimiz bu gün öz inkişafının ən parlaq dövrünü yaşayır. Möhtərəm Prezidentimizin həyata keçirdiyi davamlı inkişaf strategiyası ölkəmizin tərəqqisini və gələcəyini təmin edir. Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri, eləcə də 15 iyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti dayanır. Digər çıxış edən natiqlər Milli Qurtuluşdan başlanan inkişaf yolunun xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin möhkəmlənməsinin əsasını təşkil etdiyini qeyd edərək, bu gün Azərbaycanın yeni inkişaf mərhələsində inamla irəliləməsi sayəsində regionun aparıcı dövlətlərindən biri kimi öz mövqeyini daha da gücləndirdiyini bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar