Xəbər lenti
4-06-2026, 15:45
 

Şəmkirin İcra başçısı Yeni Göyçə kəndində vətəndaşlarla görüşüb - Fotolar

Tarix: 11-06-2026 14:01     Baxış: 560

Sakinləri narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu Yeni Göyçə kəndində keçirildi.

Mubarizciler.az xəbər verir ki, Qəbuldan öncə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verdi.

Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənildi, kəndin ümumi problemləri müzakirə olundu. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul etdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar