Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Ramiz Mehdiyevin ev həbsi haqda - Yeni qərar

Tarix: 10-06-2026 21:53     Baxış: 686

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ev dustaqlığında qalmağa davam edəcək.

Mubarizciler.az ın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) R.Mehdiyevlə bağlı yenidən məhkəməyə müraciət edib.

Müstəntiq irihəcmli cinayət işi üzrə ibtidai istintaqın başa çatmadığını, əlavə sübutların toplanması üçün təqsirləndirilən şəxs barəsində eyni növ qətimkan tədbirinin uzadılmasını istəyib.

Səbail Rayon Məhkəməsi vəsatəti təmin edib. Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha 5 ay uzadılıb.

Qeyd edək ki, özünü “boz kardinal” kimi tanıdan Ramiz Mehdiyev 8 ay əvvəl cinayət məsuliyyətinə cəlb edilib. O, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar