Xəbər lenti
15-09-2026, 17:52
 

Ağstafanın İcra başçısı növbəti dəfə Ağgöl və Zəlimxan kəndlərinin sakinlərini dinləyib Fotolar

Tarix: 05-06-2026 19:25     Baxış: 1 344

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını Ağgöl və Zəlimxan kənd sakinləri ilə keçirib. Səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının, aidiyyəti təşkilatların nümayəndələri və yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. 

Mubarizciler.az xəbər verir ki  səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin və xalqımızın xoşbəxt, firəvan gələcəyinin möhkəm zəmanətidir. 

Qeyd olunub ki, ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalı üzərindən də hər kəs yaşadığı ünvanı tərk etmədən müxtəlif məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.

Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar