Xəbər lenti
Bu gün, 15:45
 

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi Fotolar

Tarix: 04-06-2026 16:28     Baxış: 462

Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi, Şura üzvləri, xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və yerli bələdiyyələrin, bir qrup ictimai fəalların birgə iştirakı ilə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

Mubarizciler.az xəbər verir ki, İclasda, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının icrası vəziyyəti, “Şəhərsalma və Memarlıq İli” və “Goranboy 2026-Gənclər Paytaxtı” ilə bağlı silsilə ümumrayon tədbirlərinin davam etdirilməsi, cari ilin ötən dövrü ərzində rayonun sosial-iqtisadi və ictimai-siyasi inkişafı sahəsində görülmüş işlər, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı sahəsində mövcud vəziyyət, rayonda taxıl biçini mövsümünə hazırlıq, biçin prosesinin mütəşəkkil təşkili, kombayn və digər texnikaların hazır vəziyyətə gətirilməsi, məhsul itkisinin qarşısının alınması və yanğın təhlükəsizliyi tədbirləri, baramaçılıq sahəsində cari mövsümdə həyata keçirilən işlər, rayon ərazisində dövlət mülkiyyətinə aid yay otlaq sahələrindən səmərəli və təyinatı üzrə istifadə edilməsi, şəhid ailələri və qazilərin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlərin xüsusi diqqət mərkəzində saxlanılması, vətəndaş müraciətlərinin təhlili, erkən evlilik və qohum nikahları, qanunsuz tikintilərə qarşı mübarizə və bələdiyyələrlə işin qarşılıqlı təşkili barədə məsələlər müzakirə olundu.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar