Xəbər lenti
Bu gün, 15:45
 

Tərtərin İcra başçısı Qapanlı kənd sakinlərinin müraciətlərini dinləyib Fotolar + Yenilənib

Tarix: 04-06-2026 16:00     Baxış: 546

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir. Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.


Mubarizciler.az xəbər verir ki, növbəti qəbul rayonun Qaraağacı kənd İƏD üzrə nümayəndəliyinin Qapanlı kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, rayon Polis şöbəsinin rəisi Rüfət Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.

Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Qapanlı kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır. Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır. Qeyd olunub ki, Qapanlı kəndinin 629 nəfər əhalisi var. Ərazidə 1 tibb məntəqəsi, 1 iaşə obyekti, 8 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 480 baş iribuynuzlu, 374 baş xırdabuynuzlu heyvan, 2384 baş quş və 132 arı ailəsi saxlayırlar. Son üç ildə Qapanlı kəndində su arxları 26 km sahələrarası su arxları  lildən təmizlənib, kənd ərazisinə 235 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib, məişət tullantılarının tökülməsi üçün quyu qazılıb. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüş zamanı həmçinin Qapanlı kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına ehtiyac olduğu bildirilib. Qəbul zamanı kənd sakinlərindən Pənah Həsənov yeni qazılmış subartezian quyusunun istfadəyə verilməsi, suvarma suyu ilə təmin olunma, Sahil Yusibov internet xəttinin dirəklərininin bərkidilməsi, Namiq Hüseynov elektrik xəttinin kabelləşdirilməsi, Yaqut  Məmmədova işlə təmin olunması ilə bağlı müraciət ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır. Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar