Xəbər lenti

BPA-nın nümayəndə heyəti Azərbaycandadır Fotolar

Tarix: 02-06-2026 17:02     Baxış: 525

Baş prokuror Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) yeni fəaliyyətə başlamış Baş müşaviri, Birləşmiş Krallığın Dövlət Prokurorluq Xidmətinin idarə rəisi  xanım Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib. 

Mubarizciler.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev nümayəndə heyətini qəbul edib.

Bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.

Bu kontekstdə Assosiasiya ilə ölkəmizin prokurorluq orqanları arasında uzunmüddətli, geniş və faydalı əməkdaşlıq əlaqələri formalaşıb, təsis edildiyi gündən Azərbaycan Respublikası Prokurorluğu qurumun fəaliyyətinə mühüm töhfələr verib. Azərbaycan 2002, 2018 və 2024-cü illərdə qurumun İcraiyyə Komitəsinin iclaslarına, 2024-cü ildə, həmçinin İllik İclas və Ümumi Yığıncağına ev sahibliyi edib.

Görüş zamanı qlobal miqyasda cinayətkarlıqla mübarizədə müxtəlif hüquq sistemlərinin prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın mühüm rol oynaması qeyd edilərək, qonaqlara son dövrlərdə milli prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, tətbiq edilən yeni hüquq institutları və yanaşmalar barədə məlumat verilib.

Səmimi qəbula görə minnətdarlıq ifadə edən qonaqlar Azərbaycan Prokurorluğunun qurumun fəaliyyətində aktiv roluna və verdiyi töhfələrinə görə təşəkkürünü bildirmiş, uzun illərdir davam edən sıx və uğurlu əməkdaşlıqdan məmnuniyyət ifadə edilib.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar