Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda “Uşaqlar Gələcəyimizdir” adlı tədbir keçirildi - Fotolar

Tarix: 02-06-2026 08:17     Baxış: 1 736

"1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Goranboy Rayon Təşkilatı və Goranboy Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi Ərazi Partiya Təşkilatının birgə təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Goranboy rayonunda “Uşaqlar Gələcəyimizdir” adlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, əvvəlcə Goranboy Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqların əl işlərindən ibarət sərgisinə baxış keçirildi. 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Samir Qocayev uşaqları bayram münasibətilə təbrik edərək onların sağlam, bilikli və vətənpərvər ruhda yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Daha sonra Goranboy rayon icra hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva və Goranboy rayon uşaq və ailələrə dəstək mərkəzinin direktoru Gülər Əliyeva çıxış edərək uşaqların hüquqlarının müdafiəsi, onların hərtərəfli inkişafı və cəmiyyət həyatında fəal iştirakının təmin olunması istiqamətində görülən işlərdən bəhs etdilər. Tədbirin bədii hissəsində uşaqların ifasında mahnı və rəqs nömrələri təqdim olundu, şeirlər səsləndirildi və əyləncəli oyunlar təşkil edildi. Uşaqlar öz istedad və bacarıqlarını nümayiş etdirərək tədbirə xüsusi rəng qatdılar. Tədbirin sonunda iştirakçı uşaqlara YAP Goranboy Rayon Təşkilatı tərəfindən hədiyyələr təqdim edildi və tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşdı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar