Xəbər lenti

İcra başçısı və Deputat vətəndaşların müraciətlərini dinləyib Fotolar + Yenilənib

Tarix: 01-06-2026 23:09     Baxış: 553

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.

Mubarizciler.az xəbər verir ki, yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

 Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Növbəti qəbul rayonun Cəmilli kənd İƏD üzrə nümayəndəliyinin Bala Kəngərli kəndində keçirilib. Qəbulda icra başçısı ilə yanaşı, Milli Məclisin Deputatı Anar Məmmədov, Hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər. Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri Bala Kəngərli kəndində kəndin ümumi vəziyyəti ilə tanış olmuş, sosial infrastruktur obyektlərinin mövcud vəziyyəti və əhalinin məşğulluq imkanları ilə maraqlanmışdır. Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır. Qeyd olunub ki, Bala Kəngərli kəndinin 662 nəfər əhalisi var. Ərazidə 1 ümumi orta məktəb, 3 ticarət obyekti, 1 iaşə obyekti, 6 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 298 baş iribuynuzlu, 266 baş xırdabuynuzlu heyvan, 2680 baş quş və 95 arı ailəsi saxlayırlar. Son üç ildə Bala Kəngərli kəndində su arxları 4500 m sahələrarası su arxları  lildən təmizlənib, kəndarası yolların çınqıl daşı ilə təmir edilib, kənd ərazisinə 170 ədəd müxtəlif növ ağaclar əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından  təmizlənib, məişət tullantılarının tökülməsi üçün quyu qazılıb. Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Görüş zamanı həmçinin Bala Kəngərli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Kənddə suvarma üçün 1 ədəd subartezian quyusunun qazılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, Bala Kəngərli- Dəmirçilər yolunun təmir olunmasına, içməli su üçün 5 ədəd bulağın quraşdırılmasına ehtiyac olduğu bildirilib. Qəbul zamanı Bala Kəngəri kənd sakinlərindən Şükür Qasımov elektrik naqillərinə toxunan ağacların budanması, Vətən müharibəsi iştirakçısı olan oğlunun əlillik dərəcəsinin bərpa olunması, İsmayıl Qasımov yanmış evinin təmir olunmasına köməklik, Nəhayət Osmanova oğlunun işlə təmin olunması ilə bağlı müraciət ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.

Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar