Xəbər lenti
15-09-2026, 17:52
 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Ağstafada geniş bayram tədbiri ilə qeyd olunub Fotolar + Yenilənib

Tarix: 01-06-2026 22:45     Baxış: 917

Bu il də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Ağstafada geniş bayram tədbiri ilə qeyd olunub.

Mubarizciler.az xəbər verir ki  ilk dəfə 1950-ci ildən etibarən bütün dünyada qeyd olunmağa başlayan Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Ölkəmizin hər yerində olduğu kimi, Ağstafada da bu əlamətdar gün uşaqlar üçün təşkil olunmuş geniş bayram tədbiri ilə qeyd olunub.

Həsənsu kənd tam orta məktəbin akt zalında keçirilən bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun rəhbər şəxsləri, şəhid və qazi ailələrinin üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Rayonun məktəbəqədər və tam orta təhsil müəssisələrinin uşaqlarının təqdimatında nümayiş etdirilən sevimli nağıllardan səhnəciklər, şeir kompozisiyaları, oxunan nəğmələr tamaşıçalar tərəfindən rəğbətlə qarşılanıb. Həmçinin məktəb binasının foyesində istedadlı uşaqların əl işlərindən ibarət təşkil olunmuş sərgidə böyük marağa səbəb olub.

Qeyd olunub ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizin gələcəyi hesab olunan uşaqların sağlam, təhlükəsiz və xoşbəxt böyümələri üçün dövlətimiz tərəfindən müxtəlif qanunlar, proqramlar qəbul olunur və sosial layihələr həyata keçirilir.

Bayram tədbirinin sonunda uşaqlarla xatirə şəkilləri çəkdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar