Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Hacıqabul Polisinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib Fotolar

Tarix: 01-06-2026 18:31     Baxış: 812

“Ağ ölümə” qarşı birlikdə mübarizə aparmalıyıq.

Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovnik-leytenantı Anar Xəlilov narkotik maddələrin insan sağlamlığı və gələcəyi üçün ciddi təhlükə yaratdığını, bu bəlanın aludəçisinə çevrilən hər bir gəncin cəmiyyətdən uzaqlaşaraq həyatını məhv etdiyini bildirib.

Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu, bu cür halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. 

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkotiklərin insan sağlamlığına vurduğu zərərləri əks etdirən videoçarx nümayiş etdirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar