Xəbər lenti
25-07-2026, 19:27
 
22-07-2026, 16:09
 
21-07-2026, 13:31
 
17-07-2026, 15:12
 

Gəncə şəhərində yerləşən SOS Uşaq kəndində "Uşaqlara sevinc bəxş edək!" adlı tədbir təşkil olundu Fotolar

Tarix: 01-06-2026 17:53     Baxış: 2 268

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəalliyət göstərən Qaraçinar kənd Mədəniyyət Evinin təşəbbüsü və Qaraçinar kənd Kitabxana filialı,Şəfəq kənd Kitabxana filialı,Goranboy rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin təbliğat-təşviqat üzrə inspektoru ,polis mayoru Samir Əliyevin və şöbənin digər əməkdaşının birgə təşkilatçılığı ilə 1İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "SOS Uşaq Kəndləri-Azərbaycan"Assosiasiyası İctimai Birliyinin Gəncə şəhərində yerləşən filialında "Uşaqlara sevinc bəxş edək!"adlı tədbir təşkil olundu.

Mubarizciler.az xəbər verir ki, Tədbir zamanı məkan haqqında müəssisənin rəhbəri Tale müəllim ətraflı məlumat verdi,tədbir iştirakçılarının suallarını cavablandırdı.Günümüzün aktual məsələlərindən olan yol hərəkətinin təhlükəsizliyi qaydaları barədə cənab Samir Əliyev uşaqlara maarifləndirici məlumatlar təqdim etdi.

Rəsmi hissədən sonra Qaraçinar kənd Mədəniyyət Evi tərəfindən uşaqlar üçün hazırlanmış maraqlı və əyləncəli proqram nümayiş olundu.Uşaqlar üçün hazırladığımız hədiyyələrin təqdimatı onların sevincinə səbəb oldu. Uşaqların sevincinə səbəb olmaq və hər an onların yanında olduğumuzu hiss etdirmək ən gözəl duyğudur.

Tədbirin təşkilində əməyi və dəstəyi olan hər kəsə minnətdarıq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar