Xəbər lenti
15-09-2026, 17:52
 

Tərtərdə şəhid və qazi övladları ilə görüş keçirilib Fotolar

Tarix: 01-06-2026 16:46     Baxış: 1 043

Tərtər şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, tədbirdə millət vəkili Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli iştirak ediblər.

Rəsmilər uşaqları bayram münasibətilə təbrik edərək onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıblar.

Şəhid və qazi ailələrinə göstərilən dövlət qayğısının tərkib hissəsi olan tədbirdə 100-ə yaxın şəhid və qazi övladı bir araya gələrək rəngarəng və xoş anlar yaşayıblar. Əlamətdar gün çərçivəsində millət vəkili tərəfindən uşaqlara bayram əhval-ruhiyyəsini artıracaq müxtəlif dəyərli hədiyyələr təqdim edilib.

Tədbir boyu uşaqların asudə vaxtının xoş keçməsi üçün hər bir şərait təmin olunub, onlara xüsusi diqqət və qayğı göstərilib.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar