Deputat Nurlan Həsənov növbəti dəfə seçicilərini dinləyib Fotolar + Yenilənib

Mayın 27 sində 103 saylı Şəmkir kənd seçki dairəsinin deputatı Nurlan Həsənov YAP Şəmkir rayon təşkilatının inzibati binasında və Düyərli kəndində seçicilərini qəbul edərək, onları narahat edən məsələlər və problemləri dinləyib.
Mubarizciler.az xəbər verir ki, qəbulda seçicilərlə yanaşı şəhid ailələri özlərinin müxtəlif problemlərini şikayətləri ilə müraciət etmişdilər.
Bunlar arasında işsizliklə bağlı, mənzil məsələsi, imkansızlıqla bağlı, kommunal problemlər, vətəndaşın mənzil məsələsi, işə bərpa, şəxsi və digər sosial və hüquqi məsələlər yer alırdı.
Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaqdır. Biz hər ay sizinlə görüşlər keçiririk. Çalışırq ki, sizi narahat edən məsələləri həll edək. Seçicilər qəbul edilib dinlənildikdən sonra onların müvafiq ərizələri götürülərək aidiyyatı orqanlara ünvanlanması ilə bağlı millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Bəxtiyar Hüseynov
Tarixin shifələri qəzetinin bögə müxbir.

Xəbəri paylaş







































0772703001 